gundem
21.05.2019, 19:33
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs edilən və Azərbaycana deportasiyası nəzərdə tutulan jurnalist Fuad Abbasovun hüquqlarının müdafiəsi komitəsi yaradılır.
DogruXeber.az xəbər verir ki, bu barədə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi olaraq jurnalist Fuad Abbasovun hüquqlarının müdafiə komitəsinin yaradıldığını bəyan edirik. Digər QHT – lərin və fiziki şəxslərin qoşulmasını arzu edirik”.