Baş nazirin müavini: "Azərbaycanın müstəqilliyi və inkişafı Heydər Əliyevin yerinə yetirdiyi tarixi missiya oldu"














Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi müasir tariximizin çox mühüm dönüş nöqtələrindən biridir.

DogruXeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini - İcra katibi Əli Əhmədov Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr edilmiş "Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür" adlı tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın özünəməxsus ifadəsi idi: "O zaman Sovetlər Birliyində yaranmış ənənəyə görə xüsusi bir partiya elitası formalaşmışdı. Respublikalara və bütövlükdə İttifaqa rəhbərlik missiyası bu elitanın içindən seçilmiş şəxslərə həvalə edilirdi. Digər sahələrdən, o cümlədən bizim hüquq-mühafizə orqanlarından partiya və respublikaya rəhbər vəzifəyə gətirilməsi praktikası demək olar ki, tətbiq edilmirdi. Heydər Əliyev isə o zaman Sovet Azərbaycanının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışırdı. Elə məhz 1969-cu ildə Heydər Əliyevin faktiki olaraq Azərbaycan rəhbərliyinə gətirilməsi yeni bir praktikanın sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bunun müstəsna səbəbi Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə əlaqədar idi. O, Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəllər çalışdığı işlərdə sübut etmişdi. Bu ciddi addım özünün müsbət nəticəsini verdi. Heydər Əliyevin Azərbaycanda 70-ci illərdə yaratdığı potensial həyatımızın bütün sferalarını əhatə edirdi. Sonradan bu praktika Sovetlər Birliyinə daxil olan digər respublikalarda tətbiq olunmağa başladı. Gürcüstanda daxili işlər naziri vəzifəsində çalışan Eduard Şevarnadze də ölkəsində rəhbər vəzifəyə gətirildi".

Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi və ölkəmizin yüksək inkişafa gəlib çatması təkcə həmin dövr üçün xarakterik olan hadisə deyildi. Bu, Azərbaycanın müstəqillik dövründə də özünü göstərdi:

"Heydər Əliyev Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bir çox problemlərin həlli, müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün xalq tərəfindən dəvət olundu. Azərbaycanın müstəqilliyi və inkişafı Heydər Əliyevin yerinə yetirdiyi tarixi missiya oldu


Oxunub: 567

Son xəbərlər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bu günə olan valyuta məzənnələri

Çində magistral yol çökdü - Ölənlər var

Azərbaycan nefti ucuzlaşdı

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO

Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: "O, nə kəndin ərazisini tanıyır, nə də..."

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

"Ukrayna qalib gəldikdən sonra NATO-ya üzv olacaq" - Zelenski

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Məhkəmə Elnarə Qasımova barədə qərar verdi

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

Osman Kazımov üçün mübarizə bitdi

Bu polis şöbəsinə rəis TƏYİN EDİLDİ

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

Fransa səfiri Azərbaycana qayıtdı

Güclü külək əsəcək, temperatur 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

Laçında itkin düşən əsgərlərin axtarışı ilə bağlı AÇIQLAMA

Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb

Bütün xəbərlər