"Azərenerji” rəsmisi: "Güc defisiti aradan qaldırılıb"





“Azərenerji” ASC 2018-ci ilin payızından başlayan “Reabilitasiya Proqramına” əsasən yenidən qurulan və ölkə Prezidentinin iştirakı ilə istismara verilən 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev "Report"a bildirib ki, “Reabilitasiya Proqramı” çərçivəsində ölkənin ən böyük 12 elektrik stansiyası və 20-dək yarımstansiyada yenidənqurma, təmir, bərpa işləri aparılır və “Dübəndi” yarımstansiyası da sökülərək tam yenidən qurulan yarımstansiyalardandır: "Artıq proqram əsasında yenidən qurulan “Müşfiq”, “Zabrat” və “Dübəndi” yarımstansiyaları istismara verilib. “8-ci kilometr” və Sumqayıtdakı “Sulfanol” yarımstansiyalarında yenidənqurma işləri yekunlaşıb. “Xırdalan”, “Əhmədli” və “Maştağa” yarımstansiyalarında isə əsaslı tikinti və yenidənqurma işləri hazırda da davam edir".



T. Abdullayevin sözlərinə görə, yarımstansiyaların yenidın qurulmasının bir sıra aspektdən əhəmiyyəti var: "Qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir. Bu səbəbdən də 67 il əvvəl istismara verilən açıq tipli 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyası qapalı şəkildə yeni texnologiyalar əsasında tam yenidən qurulub. Yaranan qısa qapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yarımstansiyanın transformatorları daha güclü transformatorlarla əvəz edilib, rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri ilə komplektləşdirilmiş idarəetmə binası tikilib. Nəticədə güc defisiti aradan qaldırılmaqla, etibarlıq və dayanıqlıq təmin edilib.



Beləliklə, Abşeron yarmadasında yerləşdiyindən yarımstansiyanın elektrik avadanlıqlarının açıq şəraitdən qapalı şəraitə keçirilməsi atmosfer şəraitinin aşılayıcı təsirinə məruz qalması təhlükəsindən çıxarılıb. Dispetçer İdarəetmə Mərkəzi və yarımstansiyanın mikro SKADA sistemi yaradılıb. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji durumun yaxşılaşdırılması məqsədilə sökülmüş köhnə paylayıcı qurğuların ərazisində abadlaşdırma işləri aparılıb, yüzlərlə ağac və dekorativ bitkilər əkilib".
"Azərenerji” rəsmisi: "Güc defisiti aradan qaldırılıb"


Oxunub: 539

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Sabah hava necə olacaq?

Alimlər müasir Yerlə qədim Mars arasında yeni oxşarlıqlar tapdı

BMW öz avtomobillərinin adını dəyişəcək

Daha iki rəis müavini işdən çıxarıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İdmanda doğru bildiyimiz yanlışlar

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Qəzzadakı dağıntılar Ukraynadakıdan çoxdur

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Braziliyada daşqın insan tələfatına səbəb olub

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Bu günə olan valyuta məzənnələri

Ermənistanda polis sərhədin delimitasiyasına etiraz edənləri saxladı

Bütün xəbərlər