Nazirlər Kabineti koronavirusla bağlı yeni QƏRAR verdi: Bazarlarda, qapalı ictimai iaşə, ticarət yerlərində...














Nazirlər Kabineti Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə yeni qərar verib.

Dogruxeber.az bildirir ki, Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.


Oxunub: 579

Son xəbərlər

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO

Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: "O, nə kəndin ərazisini tanıyır, nə də..."

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

"Ukrayna qalib gəldikdən sonra NATO-ya üzv olacaq" - Zelenski

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Məhkəmə Elnarə Qasımova barədə qərar verdi

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

Osman Kazımov üçün mübarizə bitdi

Bu polis şöbəsinə rəis TƏYİN EDİLDİ

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

Fransa səfiri Azərbaycana qayıtdı

Güclü külək əsəcək, temperatur 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

Laçında itkin düşən əsgərlərin axtarışı ilə bağlı AÇIQLAMA

Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

Afət Əkbərovaya vəzifə verildi

Polislər axtarış apardıqları evdə öldürüldülər

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Bütün xəbərlər