Daşqın Gülməmmədov: Gürcüstanda yeni seçilmiş Parlament artıq Konstitusiya ilə səlahiyyətsizdir














Gürücstanda, 31 oktyabr 2020-ci il tarixində keçirilən Parlament seçkilərində ciddi qanun pozuntularının olması, seçicilərin qorxudulması, döyülməsi, güllələnməsi, iqtidar “Gürcü Arzusu” partiyası tərfindən adminstrativ resusrsun qanuszu istifadəsi, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının öz vətəndaşına hədə-qorxu gəlməsi seçkilərin tam qeyri-legitim keçrildiyi bir daha sübut etdi.

Bu seçki deyildi, bu birbaşa qarışdurma, müharibə idi. Bunu mətbuata açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri və Gürücstan Qarapapaq Türkləri Birliyi (GQTB) Rəyasət Heyətinin üzvü Daşqın Gülməmmədov bildirib.

Gürcüstanda keçirilən Parlament seçkiləri qeyri-legitim keçirildi və seçkilərdə Gürcüstan vətəndaşları öz siyasi iradələrini ifadə edə bilmədilər. Bu dəhşətli bir seçki idi. Mən Bolnisi-Dmanisi-Tetrçakro və Çalka seçki dairəsində majoritar namizəd Kaxa Okriaşvilinin seçki prosesində iştirak edirdim. Kaxa Okriaşvili faktiki qələbə qazandı. Amma son nəticədə seçkinin nəticələri qanusuz üsullarla dəyişdirildi. Bu artıq keçdi. Hazırda yeni bir durum yaranıb və Gürücstan hakimiyyəti məcburi şəkildə növbədənkənar parlament seçkilərinə getməlidir.

Gürcüstan qanunvericiliyinə görə, əsasən də Gürcüstan Konstitusiyası və Parlamentinin Reqlamentinə görə 150 yerlik Gürcüstan Parlamentinin fəaliyyətə başlamsı üçün mütləq şəkildə 100 millət vəkilinin ilkin plenar iclasda iştirakı vacibdir, bu zaman Parlament konstitusion əsasla qanunverci ali dövlət orqanı səlahiyyətləri əldə edir. Bu pozulması mümkün olmayan kostitusion prinsip Gürcüstan Konstitusiyasının 38-ci maddəsində və Parlamentin Reqlamentinin 120-ci maddəsində tam aydınlığı ilə təsbit edilib. Konstitusiyanın 38-ci maddəsinə əsasən Parlamentin Reqlamentində ücdə iki mandatla (150 mandatdan 100 mandat) səlahiyyət prinsipinin təsbit edilməsi məhz “Gürcü Arzusu” Partiyasının təşəbbüsü ilə 22 iyun 2016-ci il tarixdə Parlamentin iclasında N5440 saylı orqanik qanunla əlavə edilib.
Gürcüstan Konstitusiyasının 38-ci maddəsində və Reqlamentin 120-ci maddəsində konkret olaraq yazılır ki, yeni seçilmiş Gürcüstan Parlamenti deputatların üçdə ikisi iştirak etdikdə konstitusion səlahiyyət əldə etmiş olur və fəaliyyətinə başlaya bilər. Gürücstan Parlamentinin deputalarının üçdə ikisi 100 mandat edir.

Artıq 31 oktyabr 2020-ci il tarixdə seçilmiş Gürcüstan Parlamenti konstitusion hüquqa görə qeyri-legitimdir, səlahiyyətləri yoxdur və fəaliyyətə başlaya bilməz. 31 oktyabrda keçirilən Parlament seçkilərində iqtidar “Gürcü Arzusu” Partiyası (48.15%) 61 mandat əldə edib. Qalan 16 majoritar dairələrdə keçiriləcək ikinci tur seçkilərdən iqtidar “Gürcü Arzusu” Partiyası 16 mandat əldə etsə belə vəziyyət dəyişmir. Bu cəmdə, Parlamentdə “Gürcü Arzusu” Partiyasının 9 majoritar dairədən seçilmiş deputatları ilə birlikdə cəmi 86 mandat edir. Lakin yenə 100 mandat etmir, Konstitusiyanın 38-ci maddəsinə və Reqlamentə görə Gürcüstan Parlamentinin fəaliyyətə başlaması üçün konstitusion səlahiyyətləri yoxdur. Çünki Parlamentdə mandat əldə etmiş bütün müxalifət partiyaları Parlamenti boykot etmək qərarı verdilər və mandatlarından imtina etdilər.

Nəticədə müxalif “Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət” Seçki Bloku (27.14%) 34 mandatdan, Avropa Gürcüstanı Partiyası (3.78%) 4 mandatdan, “Lelo” Partiyası (3.15%) 4 mandatdan, GürcüstanVətənpərvərlər Alyansı (3.14%) 4 mandatdan, “Aqmaşenebeli Strategiyası” Seçki Bloku (3.15%) 4 mandatdan, “Qirçi” Partiyası (% 2.89) 3 mandatdan, “Vətəndaşlar – Eliko Elisaşvili” Seçki Bloku (1.33%) 1 mandatdan, Gürücstan Leyboristlər Partiyası (1%) 1 mandatdan imtina etdilər.

Bəli bu o demıkdir ki, Gürcüstanda yeni seçilmiş Parlament artıq Konstitusiya ilə səlahiyyətsizdir.

Gürcüstanda xalqın və müxalifətin iradəsi qalib gəldi. Beynəlxalq təşkilatlar, Avropa Birliyi, ATƏT, Avropa Şurası və digərləri seçkilərin demokratik keçirildiyini bildirsələr də, reallıqda vəziyyət başqadır. Ortada konstitusiya hüququ var. Gürcüstan Parlamentinin fəaliyyətə başlaması üçün konstitusion səlahiyyət lazımdır, bunu üçün ilkin plenar iclasda mütləq şəkildə 100 millət vəkili iştirak etməlidir. Bu isə artıq mümkün deyil. Müxalifət Parlamenti boykot etdi. Qələbəsini qeyd edən iqtidar “Gürcü Arzusu” Partiyası pat vəziyyətinə düşdü.

Gürcüstan Konstitusiyasına görə isə növbədənkənar Parlament seçkiləri təyin edilməlidir. Başqa yol artıq mükün deyildir, deyə Daşqın Gülməmmədov bildirmişdir.
(Yenigundem.az)


Oxunub: 433

Son xəbərlər

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Bu yolda yerüstü piyada keçidinin inşasına start verildi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Mərkəzi Bank uçot dərəcəsini AZALTDI

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bu günə olan valyuta məzənnələri

Çində magistral yol çökdü - Ölənlər var

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Azərbaycan nefti ucuzlaşdı

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO

Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: "O, nə kəndin ərazisini tanıyır, nə də..."

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

"Ukrayna qalib gəldikdən sonra NATO-ya üzv olacaq" - Zelenski

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Bütün xəbərlər