“Haber Türk”: “İlham Əliyevin yüksək əhvalı döyüş meydanında işlərin yaxşı getdiyininin xülasəsi kimiydi”













Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının müxbiri, professor Kürşad Zorlu dünən Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın başçılıq etdiyi heyətlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşündən yazıb.

O, qeyd edib ki, İlham Əliyev bizi “Evinizə xoş gəldiniz”, deyərək çox xoş qarşıladı.

“Qarabağın işğaldan azad edilməsinin 35-ci günündə qardaş Azərbaycan torpaqlarındayıq. Bəlkə də çox danışılmır, amma Azərbaycanın Qarabağdakı mübarizəsi bütün Türk Dünyası üçün böyük əhəmiyyətə malikdir. Qarabağdakı proses Türkiyə-Naxçıvan -Zəngəzur-Təbriz-Xəzər coğrafi-strateji oxunun geniş bir sahəsini əhatə edir. Bu problemin məqbul hədlər daxilində həll edilməsi, çox güman ki, Avrasiya coğrafiyasında yeni güc tarazlığı yaradacaq.

Bu səbəbdən Azərbaycanın mübarizəsi hər zaman olduğundan daha çox dəstəyə layiqdir”, - K.Zorlu yazır.

O, bildirib ki, gənclərin “Türkiyə biz sizinləyik” pankartları ilə qarşılaması onlara duyğu dolu anlar yaşadıb.

Zorlu qeyd edir ki, Prezident İqamətgahına gedən yollarda qoyulan lövhələr diqqət çəkib:

“Qarabağda işğal olunmuş və azad edilmiş vilayətlərə neçə kilometr qaldığını göstərən lövhələr var idi. Çox mənalı idi”.

“Prezident İlham Əliyev “Evinizə xoş gəlmisiniz!”, - deyə bizi salamladı. Əhvalı çox yüksək idi. Elə bu mənzərə özü döyüş meydanında işlərin yaxşı getdiyininin xülasəsi kimiydi”, - Zorlu yazır.

O, bildirib ki, İlham Əliyev ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və onun Azərbaycana dəstəyindən bəhs edib:

“Onun ağlı və qəlbi həmişə buradadır. Əgər Türkiyənin əzəl gündən bizim yanımızdakı qərarlı duruşu olmasaydı bəzi ölkələrin səsi başqa çür də çıxa bilərdi”.

Zorlu yazır ki, “iki lider arasındakı yaxın münasibətlər “bir millət, iki dövlət” deyiminə yaraşan şəkildədir... Xarici işlər naziri Mövlud Çavuşoğlunun ziyarətinə iki liderin bir gün əvvəlki görüşündən bir neçə dəqiqə sonra qərar verilib. Həm də çox vacib bir məsələdən sonra. Prezident Ərdoğanın İ.Əliyevə “Hal hazırda vəziyyət necədir? İşğalı nə vaxt bitirəcəksiniz?” sualına Əliyev “İrəlilədikcə görürük ki, hər yeri dağıdıblar - evləri, məktəbləri, muzeyləri, məscidləri, camiləri... Zəngilandakı qızıl mədənlərini istismar ediblər. Bunların dəqiq və obyektiv şəkildə müəyyənləşdirilməsinə ehtiyac var”, - deyə cavab verib.

Bundan sonra Mövlud Çavuşoğlu eyni gün Bakıya gəlib. Cənab Çavuşoğlu da açıqlamasında bunu vurğulamışdı.

Bu məsələ çox vacibdir.

Prezident Əliyev gündəmdə əks olunmayan bir irəliləyişi da bildirdi. Ermənistan Aİ (Avropa İttifaqı) vasitəsi ilə cəhdlər göstərdi və müharibə səbəbi ilə Qarabağdan Ermənistana köçən insanları (guya təqribən 90 min nəfər) gündəmə gətirdi.

“Ancaq heç kim əsl torpaqlarından qovulmuş bir milyondan çox Azərbaycan türkünü düşünmür. 2009-cu ilə qədər bu insanların bir qismi çadırlarda yaşayırdı. Bütün münbit torpaqlarımızı ələ keçirdilər. Məsələn, əsas mədənlərimiz Kəlbəcərdədir. İnşallah bu işi bitirəcəyik ...”, - İ.Əliyev vurğulayıb.

Binali Yıldırım hamıya maraqlı gələn sualı verib: “Şuşada vəziyyət necədir?”.

“Sadəcə bir şeyi deyə bilərəm. Azərbaycan ordusu Şuşaya nəfəs qədər yaxındır...

Ərazi şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir. İndiyə qədər 300-dən çox tankı və 8 S300 hava hüçumundan müdafiə sistemini məhv etmişik. Bunlar S400-dən zəifdir. Bu silahları Gürcüstan üzərində daşımağı sınadılar və bacarmadılar. Sonra cinayət törədərək mülki təyyarələrlə daşıdıqlarını bilirik. Bununla bağlı beynəlxalq orqanlara da müraciət etdik, amma nəticə olmadı”, - Əliyev bildirib.

Zorlu deyir ki, Əliyevdən Ermənistanın baş naziri Paşinyana ünvanlandığı sərt sözlər barəsində də soruşduq:

“Siz Paşinyana “düşük” demisiniz, bu doğrudur?”

Əliyev cavab verib: “Bəli, doğrudur. Hələ az demişəm...”.
(Oxu.az)


Oxunub: 361

Son xəbərlər

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Bu yolda yerüstü piyada keçidinin inşasına start verildi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Mərkəzi Bank uçot dərəcəsini AZALTDI

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bu günə olan valyuta məzənnələri

Çində magistral yol çökdü - Ölənlər var

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Azərbaycan nefti ucuzlaşdı

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO

Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: "O, nə kəndin ərazisini tanıyır, nə də..."

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

"Ukrayna qalib gəldikdən sonra NATO-ya üzv olacaq" - Zelenski

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Bütün xəbərlər