"İST Petrol"un yağı vətəndaşı 5 min ziyana saldı - VİDEO










"İST Petrol” yanacaqdoldurma məntəqəsində Dilavər Əliyev adlı vətəndaşın avtomobilinin mühərrikinə vurulan yağ və antifiriz mühərrikin sıradan çıxmasına səbəb olub.

DogruXeber.az xəbər verir ki, axar.az-a şikayət məktubu ünvanlayan Dilavər Əliyev bildirib ki, "İST Petrol”a bununla bağlı müraciəti cavabsız qalıb.

"Dekabrın 18-də "Mitsubişi Pajero” markalı avtomobilimin antifrizini dəyişdirmək üçün Tiflis prospektində yerləşən "İST Petrol”un yağdəyişmə mərkəzinə apardım. Ağa adlı usta yağın son dəyişmə müddətinə 1000 km qalmasına baxmayaraq, mühərrikdən səs gəldiyini, yağın da az olduğunu deyərək, mühərrikin yağını da dəyişdi. Bunun müqabilində 125 manat ödəyərək oradan ayrıldım. Təxminən 6-7 kilometr yol getdikdən sonra maşında yağın xəbərdarlıq nişanı yandı və mühərrikdən əlavə səslər gəlməyə başladı. Yenidən həmin yağdəyişmə mərkəzinə gəldim və filteri yenidən dəyişdilər, amma avtomobil düzəlmədi. Evakuatorla dörd ayrı ustaya apardım, hər biri yağın keyfiyyətsizliyindən və filterin bu maşın üçün olmadığından mühərrikin bərbad vəziyyətə düşdüyünü dedi”, - vətəndaş bildirib.

D.Əliyev qeyd edib ki, bununla bağlı yağdəyişmə mərkəzinə müraciət etsə də, heç bir nəticəsi olmayıb, ustalar öz səhvlərini etiraf etmədi:
"Səlahiyyətli şəxslə danışmaq istədim, mənə Ağa adlı ustanın cavabdeh olduğunu, "İST Petrol” və onun ətrafındakı obyektlərin sahibinin Seymur və Teymur qardaşlarının olduğunu dedilər. Yağın keyfiyyətsizliyi və filterin uyğunsuzluğu nəticəsində avtomobilin mühərriki sıradan çıxmaq üzrədir. Həmin filterləri və yağ nümunəsini özümdə saxlayıram. Avtomobilimin heç bir problemi olmadığı halda yağ dəyişəndən sonra bu vəziyyətə qalmasının səbəbkarı həmin yağdəyişmə mərkəzinin olduğunu düşünürəm. Digər ustalar da 7 ilin avtomobilinin mühərrikinin bu günə düşməsinə təəccüb edirlər. Mənə 4-5 min manat məbləğində maddi ziyan dəyib”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı bildirib ki, vətəndaşın şikayəti ilə bağlı araşdırma başlayıb:

"Vətəndaş tərəfindən bizə rəsmi müraciət daxil olub və məsələ araşdırılır. Araşdırmanın nəticəsi barədə vətəndaşa məlumat veriləcək”.

Qeyd edək ki, şikayətçi mühərrikə tökülən yağın və filterlərin də fotosunu göndərib. Filterin müqayisəli fotosundan görünür ki, avtomobilə fərqli filter qoyulub.

"İST Petrol"un yağı vətəndaşı 5 min ziyana saldı - VİDEO


Oxunub: 563

Son xəbərlər

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Sabah 28° isti olacaq

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Bu yolda yerüstü piyada keçidinin inşasına start verildi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Mərkəzi Bank uçot dərəcəsini AZALTDI

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bu günə olan valyuta məzənnələri

Çində magistral yol çökdü - Ölənlər var

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Azərbaycan nefti ucuzlaşdı

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO

Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: "O, nə kəndin ərazisini tanıyır, nə də..."

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi

Bütün xəbərlər