"Əsgəri təhqir etmək olmaz" - Müdaxilə edilsin!










Prodüser Tarix Əliyev (Tolik) İkinci Qarabağ müharibəsində yaralanan əsgərimizi təhqir edib. Bununla bağlı sosial şəbəkələrdə videogörüntü də yayılıb. T.Əliyev 44 günlük Vətən müharibəsində ağır döyüşlər nəticəsində danışma qabiliyyətini itirən hərbçimizlə İnstagramda bağlantı qurub. O, əsgərimizə qarşı xoş olmayan ifadələr işlədib: “Sənə danışmağa nə qədər vaxt verim? Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Özün bunu istəməlisən. Ayın birinə kimi danışsan, sənə hədiyyə verəcəm. Bu nədir bilirsən? Kül təpənə. “İphone” telefonudur. Ayın birinə kimi danışsan, yeni model “İphone”u sənə verəcəm. Nə edirsən et danış. Özünü vur divara, as, amma danış”.

Baş verənlər ictimaiyyətdə böyük narazılığa səbəb olub. Hər kəs eşitmə qabiliyyətini itirən, xalqımız və torpağımız uğrunda vuruşan əsgərə qarşı olan belə davranışı şiddətlə qınayıb. Açığı bu qınaqların hansısa işə yaradığını demək bir az çətindir. Çünki prodüser bu qınaqlardan nəticə çıxarıb üzürxahlıq etmək əvəzinə özünə haqq qazandırmağa çalışıb. Əlbəttə, belə vəziyyətlərdə qanun “danışmalıdır”. Qanun da yoxdursa və ya işləmirsə, vay halmıza

Hadisəni “Sherg.az”a dəyərləndirən sosioloq Sahib Altay bildirib ki, dövlət xalqın simvolu sayılan rəsmi orqandır. Cəbhədə döyüşən hər bir kəs bizim üçün dəyərli olmalıdır:

“Belə şəxslərə qayğını isə dövlətimiz göstərməlidir. Çünki dövlət xalqın göstəricisidir. Onsuz da xalq xidmət olaraq övladını cəbhəyə göndərib. Müharibə bitsə də, bütün yaşantılar. Ölkəmizdə heç kim cəbhəyə yollanmaqdan boyun qaçırmadı, hətta könüllü olaraq döyüşə gedənlər oldu. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bizim üçün qürurverici hadisədir”.

Sosioloq qeyd edib ki, heç kimin müharibədə canını təhlükəyə atan qazini təhqir etmək haqqı yoxdur:

“Sosial şəbəkələrdə kampaniya təşkil edib əsgərlərimizə yardım edən şəxslər oldu. Amma bir müddət keçdikdən sonra həmin insanların özləri çətinliyə düşən kimi etdikləri yardımı dilə gətirirlər, bir növ minnət edirlər.

Bir məqamı dərk etmək lazımdır: hamının əsgərlərimiz qarşısında mənəvi borcu var. Lakin əsgərlərimiz kiməsə deməyib ki, onlara maddi köməklik etsinlər.

Bu yardımların hədsiz dərəcədə yayımlanması ictimai əxlaqsızlıqdır. Hər şeyin bir həddi var. Kimsə əsgərlərimizə göstərdiyi köməkliklə özünü reklam etməməlidir. Belə etməklə qarşı tərəfi alçaltmış olurlar. Çox arzulayıram ki, dövlətimiz bu işə müdaxilə etsin. Adam canlı yayın açıb, qazi ilə söhbətində deyir ki, “Danış, sənə “İphone” hədiyyə edəcəm”.

Onsuz da həmin qazi həssasdır, müharibə görüb, gözünün önündə dəhşətli hadisələr olub. Baş verənləri qınayanlara haqq verirəm. Sosial yardımın da bir əxlaqı var. Xalqın milli mənafeyi uğrunda vuruşan əsgəri kimsə təhqir edə bilməz!”.


Oxunub: 448

Son xəbərlər

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Sabah 28° isti olacaq

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Bu yolda yerüstü piyada keçidinin inşasına start verildi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Mərkəzi Bank uçot dərəcəsini AZALTDI

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bu günə olan valyuta məzənnələri

Çində magistral yol çökdü - Ölənlər var

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Azərbaycan nefti ucuzlaşdı

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO

Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: "O, nə kəndin ərazisini tanıyır, nə də..."

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi

Bütün xəbərlər