KTMT Ermənistana 3-4 PUA versə belə heç nə dəyişməyəcək - GƏLİŞMƏ

DogruXeber.az: - "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri müasir texnika, o cümlədən, Pilotsuz Uçan Aparatla silahlanmalıdır". Bu təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən sammitdə çıxış edib. Paşinyan bildirib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə İrəvan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir. Quruma sədrliyi xüsusi olaraq qabardan baş nazir bəyan edib ki, üzvlər bir-birinə qarşılıqlı yardımı artırmalı, xarici siyasət məsələlərində koordinasiyanı gücləndirməlidir.

Paşinyanın sözlərinə görə, quruma üzv dövlətlər maraqlarına toxunan məsələləri razılaşdırılmalıdır: “Xarici işlər və müdafiə nazirlikləri səviyyəsində məşvərət iclaslarının keçirilməsinə böyük önəm veririk”. Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində KTMT-nin üçgünlük sammiti keçirilib. Sentyabrın 15-də başlayan toplantıda Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak ediblər. Rusiya Prezidenti Vladimir Putin karantin rejimində olduğundan, iclasa videokonfrans rejimində qatılıb. Təşkilatın növbəti iclası 2022-ci ilin sonunda İrəvanda keçiriləcək.

Paşinyanın Düşənbədəki çıxışını “Şərq”ə şərh edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, KTMT-yə rəhbərliyin Ermənistana keçməsi formal xarakter daşıyır və heç bir reallığı dəyişdirmir. Siyasi şərhçi bildirib ki, Ermənistanın KTMT-dən gözləntiləri müharibəyə qədər böyük idi. Onlar əmin idilər ki, Azərbaycanın hər hansı müdaxiləsində təşkilat erməniləri qoruyacaq, ən azından çəkindirici addımlar atacaq. Bunların heç biri baş vermədi:

“Rusiyanın müəyyən dairələri Ermənistanı arxayın salırdılar. Moskva “bleflə” məşğul idi. “Münaqişə ancaq sülhlə həll edilməlidir”, yaxud “Gürcüstanın başına gələnlər digər ölkələrə dərs olmalıdır” tipli bəyanatlar erməniləri əməlli-başlı rahatladırdı. Müharibədən sonrakı dövrdə də KTMT-nin sərhədlərin delimitasiya prosesinə, mövcud gərginliklərə qarışmamasının şahidi olduq. Bir sözlə, Ermənistan hər mərhələdə tək buraxıldı. İrəvanın başını qatmaq üçün quruma müvəqqəti sədrliyi ona həvalə ediblər. Sədrlik Ermənistana təşkilat üzərindən sərbəst idarəetmə səlahiyyəti, ordudan istədiyi kimi istifadə hüququ vermir. Qurum kollegialdır və fəaliyyəti səs çoxluğu ilə mümkündür. Hətta tam razılıq əsasındadır. Bu mənada KTMT Paşinyanın xətrinə Ermənistana üç-beş PUA versə belə yenə dəyişən bir şey olmayacaq. 44 günlük müharibədə Rusiyaya məxsus silahların potensialını gördük”.

A.Qasımova görə, Paşinyanın KTMT-yə inamı yoxdur:

“Baş nazirin qurumu “əhəmiyyətli” təşkilat kimi qələmə verməsi qurduğu siyasi oyunun tərkib hissəsidir. Paşinyan çalışır ki, ölkədə KTMT-yə, dolayı yolla Moskvaya olan inamı tədricən azaltsın. Hətta bir müddət sonra müraciətlərə cavab verilməməsini əsas gətirərək Ermənistanın qurumdan çıxmasını belə gündəmə gətirə bilər. Regionun siyasi mühitinə nəzər saldıqda, bölgədə Türkiyə və Pakistan kimi güclü oyunçular gözə dəyir. Görünür, baş nazir müəyyən üsullarla erməni ictimaiyyətini ayıltmağa, həqiqəti onlara göstərməyə cəhd edir”.


Oxunub: 333

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

"İstifadə etdiyimiz qazın bir hissəsi Azərbaycanındır" - Simonyan

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

Bu şəhərdə pizza və dondurma yemək qadağan olunacaq

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Cəmi 150 dəqiqədə sintetik almazlar yaratmaq olacaq

Ayaq üstə işləmək faydalıdır?

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Azərbaycanda balıq ovu qadağan edilir

İsveç Avropada ən pis müharibə ssenarisinə hazırlaşır - "Bloomberg"

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Bütün xəbərlər