“Hökumət büdcədə nəzərdə tutulmayan xərcləri ödəyə bilməyəndə xalqın cibinə girir...” - Partiya sədri

DogruXeber.az: - Son aylar Qarabağda və Ermənistanla sərhəddə yaranmış gərginlikdən əlavə, Azərbaycan xalqını narahat edən daha bir məsələ ölkədə varlılarla yoxsullar arasında yaranan ifrat sosial ədalətsizlik şəraitində qiymətlərin də çox vaxt heç bir iqtisadi əsas olmadan artması və buna müqabil hökumətin suyun, enerji daşıyıcılarının qiymətini, nəqliyyat tariflərini, bəzi sahələrdəki dövlət rüsumlarını və s. artırmaq meylidir.

AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov mövzu ilə bağlı Moderator.az əməkdaşının sualını konkret və lakonik cavablandırıb.

"Hesab edirəm ki, bu tədrici bahalaşmanın, qiymət, rüsum artımının əsas bir səbəbi var. Hökumət iqtisadi-sosial sahədə, xalqın rifahını yüksəltmək sahəsində öz üzərinə düşən vəzifələri normal şəkildə yerinə yetirə bilməyəndə, dövlətin üzərinə düşən artıq xəcləri ödəyə bilməyəndə, bir sözlə çətinə düşəndə bunun ən asan yolunu tapır - ziyanı xalqın cibindən çıxarmaq... Bunun sadə izahı var. Koronavirus pandemiyasına görə büdcəyə dəyən zərər, 2020-ci ildəki Qarabağ müharibəsinin vurduğu ziyan, təbii, yaxud texnogen fəlakətlərin vurduğu ziyan və digər büdcədə nəzərdə tutulmayan xərclərin yerini doldurmaq üçün xalqın cibinə girirlər, yoxsul vətəndaşların qazancına göz dikirlər. Bunun başqa adı yoxdur. Müvafiq hökumət qurumları, nazirliklər vəzifələrini düzgün, vicdanlı şəkildə yerinə yetirsələr və büdcəni də normal şəkildə qanuni yollarla doldursalar, xalqın cibinə girməyə ehtiyac olmaz” –deyə istiqlalçı deputat vurğulayıb.//dia.az


Oxunub: 549

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

2 milyon manat mənimsəyən hərbçi həbs olundu

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər