"Kamil həkim mənə deyir iş yoxdur, amma başqalarını  pul ilə işə götürür" - İDDİA

Sabirabad rayonunun Qaragüney kənd sakini, eyni zamanda ikinci Qarabağ savaşının iştirakçısı Sübhan Cəfərov "DogruXeber.az" redaksiyasına müraciət edib.

Sübhan Cəfərov bildirir ki, iş üçün "Şirvan şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru Kamil Əhmədova müraciət edib. Dediyinə görə mühafizəçi, yaxud sürücü işi üçün müraciət etdiyində direktor Kamil Əhmədov ona "iş yoxdur" cavabını verib. Lakin, Subhanın müraciətindən sonra sözügedən xəstəxanaya bir neçə nəfər onun çalışmaq istədiyi vakansiyalar üzrə işə qəbul edilib.



İşə alınan şəxsləri şəxsən tanıyan Sübhan Cəfərov iddia edir ki, işə alınan şəxslərin hər biri müəyyən məbləğ qarşılığında işlə təmin ediliblər. Hətta, işə alınanlar arasında ötən yayımlarımızda 'ölülərin adına sağlamlıq haqqında arayış verilməsi" mövzusunda adını çəkdiyimiz - sözügedən xəstəxanada şöbə müdiri olan Səadət Quliyevanın əmisi oğlu da var ki, Sübhan Cəfərov onun da rüşvət müqabilində işlə təmin olunduğunu bildirir.

DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

Bəli... 44 gün vətən uğrunda düşmənlə üz-üzə ölümünə çarpışan, şücaətlərinə görə ölkə başçısı tərəfindən medallarla təltif olunan Sübhan Cəfərov hazırda işsizdir və özünün də dediyi kimi ailəsi, valideynləri də onun himayəsindədir.

Halbuki, ölkə başçısının xüsusi tapşırığı var ki, birinci növbədə müharibə iştirakçıları işlə təmin olunmalıdır. O zaman belə çıxır ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanası da daxil olmaqla, əksər dövlət müəssisələri prezidentin tapşırıqlarına məhəl qoymurlar.

Hər halda işsizlikdən gileylənən, intihara cəhd edən, Vətəndaşlıqdan imtina etmək istəyən işsizlərin sayının hər gün daha da artması belə düşünməyə əsas verir...

P.S: Qeyd edək ki, qarşı tərəf olaraq, "Şirvan ŞəhərMərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsinin direktoru Kamil Əhmədov ilə telefon əlaqəsi saxlayıb, Sübhan Cəfərovun iddiaları barəsində fikirlərini soruşduq.
Nazim Əhmədov 3 nəfəri yeni işə götürdüyünü etiraf etdi, lakin bunun rüşvət müqabilində olduğunu isə qəti şəkildə təkzib etdi.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 484

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

"İstifadə etdiyimiz qazın bir hissəsi Azərbaycanındır" - Simonyan

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

Bu şəhərdə pizza və dondurma yemək qadağan olunacaq

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Cəmi 150 dəqiqədə sintetik almazlar yaratmaq olacaq

Ayaq üstə işləmək faydalıdır?

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Azərbaycanda balıq ovu qadağan edilir

İsveç Avropada ən pis müharibə ssenarisinə hazırlaşır - "Bloomberg"

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Bütün xəbərlər