Dövlət Departamenti Ermənistan-Azərbaycan danışıqları ilə bağlı Putinin bəyanatını “dezinformasiya” adlandırıb

DogruXeber.az: - Cümə günü Dövlət Departamenti “nəzərdə tutulan plan” ilə əlaqədar Vladimir Putinin şərhini rədd edib. Rusiya prezidenti bildirir ki, Azərbaycan-Ermənistan münaqişəsilə əlaqədar bu plan Vaşinqton tərəfindən təklif edilib, Turan-ın ABŞ-dakı müxbiri bildirib.

“Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bizim niyyətlərimizlə əlaqədar Moskvadan təhriflər, daha dəqiq desək dezinformasiya davam edir”, - cümə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə Turan-ın müxbirinin sualını cavablandırarkən deyib.

Çərşənbə günü Putin bildirib ki, Vaşinqton Azərbaycanın bütün Dağlıq Qarabağ regionu üzərində suverenliyinin tanınması üçün “plan” təklif edib və əlavə edib ki, Yerevan güzəştə getmək istəsəydi və buna “hazır olsaydı”, Rusiya “Ermənistana daha sərfəli sövdələşmə əldə etməyə kömək edərdi”.

Prays xatırladıb ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın tərəfdaşıdır: “Biz onilliklər ərzində hər iki ölkənin tərəfdaşı olmuşuq”.

Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan “böyük tərəfdaş yoxdur”.

“1991-ci ildə Ermənistanın, Azərbaycanın Sovet İttifaqından müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə Moskvadan və ya hər hansı digər ölkədən asılı olmayaraq öz xarici siyasi və digər maraqlarını həyata keçirmək keçirmək hüququna zəmanət verən əlamətdar hadisə idi”.

Vaşinqton Ermənistan və Azərbaycanı onlara uyğun formatda görüşməyə təşviq edib. "Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq", -Prays deyib.

ABŞ Ermənistan və Azərbaycanla bir məqsədlə - “zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq” üçün fəaliyyət göstərir.

Soçidə keçiriləcək üçtərəfli danışıqlarla bağlı Turan-ın sualının cavabında Prays deyib ki, Ermənistan və Azərbaycan həmin danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərnə qərar verməlidirlər.

“Düşünürəm ki, söhbət qonşulardan getdiyində, dünya Rusiyanın tarixçəsini bilir. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və Ukraynaya davam edən amansız hücum göstərir ki, Moskva öz qonşularının suverenliyinə hörmət etmir və o, çətin ki etibarlı, uzunmüddətli tərəfdaş olsun. Düşünürük ki, bu, Birləşmiş Ştatlarla tamamilə ziddiyyət təşkil edir”, – Prays deyib.//DogruXeber.az


Oxunub: 265

Son xəbərlər

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO

Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: "O, nə kəndin ərazisini tanıyır, nə də..."

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

ABŞ Rusiyanın ən böyük bankları ilə enerji sektorunda hesablaşmalara izn verdi

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

"Ukrayna qalib gəldikdən sonra NATO-ya üzv olacaq" - Zelenski

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Məhkəmə Elnarə Qasımova barədə qərar verdi

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

Osman Kazımov üçün mübarizə bitdi

Bu polis şöbəsinə rəis TƏYİN EDİLDİ

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

Fransa səfiri Azərbaycana qayıtdı

Güclü külək əsəcək, temperatur 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

Laçında itkin düşən əsgərlərin axtarışı ilə bağlı AÇIQLAMA

Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

Afət Əkbərovaya vəzifə verildi

Polislər axtarış apardıqları evdə öldürüldülər

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Bütün xəbərlər