gundem / siyaset / hadise
2.09.2021, 16:12
Bakı sakini qayınanasının evindən 20 min manatlıq qızıl oğurladı
DogruXebər.az : - Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Həmin şəxs ev sahibəsinin kürəkəni T.Kərimovdur. O, törətdiyi əməli etiraf edib.